Türkiyə və Rusiyadan ABŞ həmləsi – Dollar dövriyyədən birdəfəlik çıxarılır

Türkiyə və Rusiya iki ölkə arasındakı ticarət əlaqələri zamanı yerli pul vahidlərindən istifadə edəcək. 

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Türkiyə Xəzinə və Maliyyə naziri Berat Albayrak ilə Rusiya Maliyyə naziri Anton Silanov bu barədə razılaşma imzalayıb.

Müqavilə iki ölkə arasındakı hesablama əməliyyatları zamanı bu ölkələrə aid valyuta vahidlərinin istifadəsini, uyğun iqtisadi platformanın formalaşdırılmasını və yerli şirkət və digər quruluşlar üçün yerli pul vahidlərinin əhəmiyyətini artırmağı hədəfləyir.

Müqavilə Türkiyə bank və şirkətlərinin ödəmə sistemi SWIFT-in Rusiyada eynilik təşkil edən Rusiya Mərkəzi Bankı Beynəlxalq Ödəmə Sisteminə bağlanması, Rusiya tərəfindən MasterCard və VİSA-ya alternativ olan MİR bank kartlarının istifadəsi üçün Türkiyədə lazım olan sistemlərin hazırlanmasını hədəfləyir.

Anlaşma həmçinin digər ölkələrin də könüllü olacağı təqdirdə müqaviləyə qoşunmasını nəzərdə tutub.

Həşim Səhrablı