Türkiyə və Suriya liderləri Bağdadda görüşəcək

İraq, Türkiyə və Suriyanın xarici işlər nazirlikləri Bağdadda Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş təşkil etmək məqsədilə uyğun ab-hava yaratmaq üçün danışıqlar aparır.

Yenicag.az “Al Akhbar”a istinadla xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyindəki mənbələr danışıb.

Təşkilati məsələlər uzun çəkə bilər və danışıqlar üçün təxmini tarix söyləmək mümkün deyil. Lakin bu o demək deyil ki, iki ölkənin liderlərinin görüşü ilə bağlı hər hansı bir maneə var.

Türkiyə və Suriya liderləri arasında keçiriləcək görüşdən əvvəl gündəm və ən mübahisəli məsələlərin razılaşdırılması üçün 3 ölkənin nümayəndələri arasında hazırlıq görüşü keçirilə bilər.

COP29