Türkiyə və Venesuela prezidentləri arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Venesuela prezidenti Nikolas Maduro arasında telefon danışığı olub.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, liderlər ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsində həmfikir olduqlarını bildirib.

Türkiyə lideri həmçinin vurğulayıb ki, Türkiyə Venesuelada sabitlik, sülh və rifahın təmin edilməsinə böyük əhəmiyyət verir.