Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?  

Ankaradakı Heydər parkında yerləşən Azərbaycan Kültür evinin fəaliyyətinə bəzi problemlər yaradılıb.

Yeniçağ.Az Xeber365.com-a istinadən xəbər verir ki, Kültür Evinin rəhbəri Hüseyn Ayhan iddia edir ki, “Zirvə Stone” firmasının səlahiyyətli nümayəndəsi Nurlan Yusifli Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov və müavini Şöhrət Mustafayevlə şəxsi əlaqələri hesabına Kültür Evinin yerləşdiyi obyekti ələ keçirərək restorana çevirmək istəyir. Məlumata görə, Ankara Şəhər Bələdiyyə sədri Melih Gökçek dəfələrlə məkanın bağladılması barədə qərar çıxarıb, lakin heç bir əsasa söykənmədiyi üçün məhkəmə qərarı ləğv edib.


Kültür Evi qanun çərçivəsində mübarizə aparıb məhkəmədə qalib gəlsə də, problemlər həllini tapmaq əvəzinə daha da çıxmaza doğru gedir. Belə ki, dünən Ankara Şəhər Bələdiyyəsinin əməkdaşları və Nurlan Yusifli və adamları olduğu bilinən bir neçə şəxs arxa qapıdan Kültür Evinə daxil olub. Çay evinin əməkdaşı Sebahat Aydının hadisə yerində yaşananlar nəticəsində vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.


Hadisə barədə polisə ifadə verən Sebahat Aydın xeber365.com-a da danışıb: “Bizim problemlərimizi bilirsiniz, işığımızı, suyumuzu kəsiblər. Ancaq biz çətin və ağır şərtlərdə də olsa, çay evini işlətməyə çalışırıq. Üç-dörd gün əvvəl gəldilər, suları yoxladılar. Su gəlmir. Sadəcə boruda qalan su axdı lap azca. Buna rəğmən tez-tez gəlib yoxlamağa başladılar. Heç bir nöqsan tapa bilmədilər. Biz evdən daşıyıb gətirdiyimiz sularla kafeni işlətməyə çalışırıq. Mən hər gün kafeyə gəlirəm, qapını açıram. Dünən də çay evinin bütün qapıları açıq idi. Mən mətbəxdə tək idim. İşıq kəsildiyindən təhlükəsizlik kameraları da işləmir. Çox qorxuram. Arxada mətbəx qapısı var. O, bağlı idi. Həmin qapını zorla açaraq içəri bir neçə adam birdən girdi. Mən qışqırdım ki, nə olub? Dedilər ki, arxada su borularının keçdiyi bir yer var. Oranın açarını verin. Mən, “hansı olduğunu bilmirəm, açarların hamısını verim, yoxlayın” dedim. Problem yaratmadan açarları verdim onlara. Qayıdıb dedilər ki, bizə problem yaratma, istədiyimiz açarı ver. Dedim ki, qardaş, hansı açar olduğunu bilmirəm, aparın, yoxlayın. Açarları onlara verəndən sonra bayıra çıxdım, gördüm ki, otuz adam var. Mən panik atak xəstəsiyəm. Onlar içəri qəfil girəndə onsuz da özüm itirmişdim, amma yenə də möhkəm olmağa, yıxılmamağa çalışdım. Onlar isə heç açarları yoxlamadılar, dedikləri yerin kilidini sındırdılar. Mənim əlim-ayağım titrəyirdi, amma yenə də güc tapıb onları videoya çəkdim, sonra təzyiqim qalxdı, panik atak başladı, huşumu itirdim. Təcili yardımla xəstəxanaya apardılar. Psixoloji durumum yaxşı deyil. Sizcə, bu baş verənlər normaldımı? Bizim ədalətimizə görə normal deyil. Adama belə zülm vermək olmaz. 30-40 adamla kafeyə hücum eləmək olmaz. Ağır şərtlərdə də olsa, biz orda Kültür Evini işlətməyə, ayaqda saxlamağa çalışırıq. Çox xahiş eləyirik, kömək edin. Bunu sizdən Hüseyn bəyin adından da xahiş eləyirəm, öz əməkdaşlarımız adından da. Biz bunlara layiq deyilik. Bizə zülm edirlər. Sanki dağ başında kimsəsiz bir yerə hücum edirlər. Çox çirkin bir vəziyyətdi. Mən polisə gedib ifadə verdim. Hətta polis də deyir ki, bu cür içəri girmələri qanunsuzluqdu. Qapıdan gəlsinlər, əgər onlara problem yaratsaydıq, günah bizdə olardı”.


Məsələylə bağlı açıqlama verən Hüseyn Ayhanın vəkili Ayfer Bozyiğit durumun nə yerdə olduğunu izah edib:

“Hazırda Kültür Evinə basqı davam edir. Məkanın qapadılması və sənədlərinin ləğv edilməsi üçün qərar verilib. Bu qərara qarşı iş açılıb, məhkəmə prosesi də davam edir. Bununla yanaşı, çay evinin haqsız olaraq işıq və suyu kəsilib. Məqsəd məkanın fəaliyyətini bu şəkildə dondurmaqdır. Dünən yenə məkana ağır təzyiq olunub və Kültür Evinin əməkdaşının sağlamlığına ziyan vurulub. Bu durum belə onların əməllərinı son verməyib.
Səbəb isə Azərbaycanın Ankaradakı səfirliyinin türk qurumlarına yanlış məlumat çatdırması və onları yönləndirməsidir. Əsas da Ankara Şəhər Bələdiyyəsini. Bələdiyyə doğru qərar çıxararsa, problem həllini tapar”.


Daha əvvəl bir neçə dəfə Azərbaycana sevgisi üçün əmək verdiyini bəyan edərək dövlətimizə üz tutub dəstək istəyən Kültür Evinin rəhbəri Hüseyn Ayhan hazırda çıxılmaz vəziyyətdədir. O, durumun daha da çətinləşdiyini görərək bu dəfə Azərbaycanın birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib:

“Hörmətli Mehriban xanım, biz Azərbaycan sevdalıları olaraq Türkiyədə kiçik imkanlarımız daxilində qardaş ölkə üçün müəyyən işlər görməyə çalışırıq. Sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin inkişafı və dünyada təbliğ olunması üçün hansı işlər gördüyündən xəbərdarıq. Biz də həmin təbliğatı təqdir edir və bu missiyaya xidmət etməkdəyik. Azərbaycanın mədəniyyətini, mətbəxini təbliğ edir, qardaşlarımızın başına gətirilən faciələri gələn qonaqlara duyurur, bununla bağlı tədbirlər təşkil edirik. Ancaq israrla bizim fəaliyyətimizə qarşı çıxır və bu işləri icra etdiyimiz məkanı əlimizdən almağa çalışırlar. Biz isə elə sevdiyimiz, əmək verdiyimiz Azərbaycandan, Sizdən kömək diləyir, bu haqsızlığı aradan qaldırmağınızı xahiş edirik. Ümidimiz Sizə və azərbaycanlı dostlarımızadır. Köməyinizi bizdən əsirgəməyin…”

Yeniçağ.Az

www.yenicag.az

551