Türkiyə vətəndaşlarına bu ölkəyə səyahətlə bağlı XƏBƏRDARLIQ

Türkiyə Xarici İşlər Nazirliyi Liviyadakı qarşıdurmalar səbəbindən bu ölkəyə səyahət etməyi bir daha gözdən keçirmələrini istəyib.

Yeniacg.az xəbər verir ki, xüsusilə paytaxt Tripoli və ətrafındakı bölgələrdəki prosesləri izləmək və buna uyğun olaraq səyahət planlarını nəzərdən keçirmək tövsiyə edilib.

Həmçinin, Liviyadakı Türkiyə vətəndaşlarına zəruri hallarda Misuratadakı baş konsulluğa müracitə edə biləcəkləri vurğulanıb.

Qeyd edək ki, Liviyada general Xəlifə Həftarın qoşunları Triplini ələ keçirmək üçün 4 apreldə əməliyyata start verib./Qafqazinfo/