Kibertəhlükəsizlik zirvəsində çıxış edən Türkiyənin Vitse-prezidenti Fuat Oktayın halı qəfil pisləşib.
Yenicag.az xəbər verir ki, zirvədə çıxış edən Fuat Oktay sözünü tamamlaya bilməyib.
Vitse-prezidentin yanına gələn təhlükəsizlik əməkdaşları ona müdaxilə etsələr də, Fuat Oktay çıxış mətnini oxumağa davam edib.
Həmin anları özündə əks etdirən videodan da aydın olur ki, çıxışına davam edən Vitse-prezidentin bir neçə saniyə sonra səsi yavaşlayır və o, bir anlıq özündən gedir.
Səhnədən aparılan Fuat Oktay ilkin müdaxilədən sonra yenidən kürsüyə qayıdıb və vəziyyətinin yaxşı olduğunu qeyd edib.
O, “Həkimlərin dediyinə görə yuxusuzluq və yorğunluqla bağlı kiçik narahatlıq yaşandı. Anlayışınız üçün təşəkkür edirəm”, – deyə qeyd edib.