!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə xalqı bundan sonra heç bir çevrilişə imkan verməz” – AKP-nin azərbaycanlı deputatı

!Reklam – Yazi

“Azərbaycan Türkiyə ilə səmimi qardaşlığını əməldə də göstərərək, FETÖ quruluşlarına qarşı qətiyyətli tədbirlər gördü”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyədə 2016-cı il iyulun 15-də baş vermiş FETÖ terror şəbəkəsinin hərbi dövlət çevrilişi cəhdinin 2-ci ildönümünü dəyərləndirən Böyük Millət Məclisinin (TBMM) hakim AKP-dən olan Azərbaycan əsilli deputatı Şamil Ayrım deyib.

Şamil Ayrımın fikrincə, Türkiyə FETÖ-nün çevriliş cəhdinin nəticələrini uğurla aradan qaldırmaqdadır:

“Bu şəbəkə iki il əvvəl Türkiyədə silahlı dövlət çevrilişinə cəhd göstərdi. Daxili və xarici qüvvələrin iştirakı ilə baş verən bu hərəkat Türkiyənin Məclisini, demokratiyasını, xalqın birliyini məhv etmək məqsədi daşıyırdı.

Son iki il ərzində başda Türkiyə prezidenti olmaqla, FETÖ şəbəkəsinə qarşı ciddi mübarizə aparıldı. Ordunun, təhsilin, dövlətin bütün mühüm strukturlarında möhkəmlənən bu şəbəkənin üzvləri bir-bir təsbit olundu. Əlbəttə ki, FETÖ-nün Türkiyədəki onillikləri əhatə edən fəaliyyətinə tam ciddiliyi ilə yanaşmaq lazımdır.

Çox təəssüf ki, bu şəbəkənnin təmsilçiləri 1970-ci illərdən etibarən, Türkiyənin ən ağıllı, parlaq gələcək vəd edən gənclərini öz sıralarına qataraq onları səviyyəli məktəblərdə oxutdular, yetişdirdilər və ölkənin mühüm dövlət orqanlarında yerləşdirdilər. Son nəticədə isə Türkiyə iki il əvvəl onların iştirakı ilə çox ağır durumla üz-üzə qaldı. Amma Allaha şükürlər olsun ki, Türkiyə bu sınaqdan da şərəflə çıxdı.

FETÖ-nün çevriliş cəhdinin ən ağır tərəflərindən biri də bundan ibarət idi ki, bu fəaliyyət Ordunun nüfuzuna sarsıdıcı zərbə vurdu. Ancaq bu gün prezidentimiz Rəcəb Tayyib Ərdoğanın qətiyyətli addımları sayəsində yetişdiyimiz nöqtədə Ordunun nüfuzu bərpa edilib, xalqın birliyi təmin olunub. Vətəndaşlarımız 2016-cı ildə özlərini tankların altına ataraq, çevrilişə imkan vermədikləri kimi, bundan sonra da belə hərəkətlərin qarşısını almaq əzmindədirlər. İnşallah, o hadisələr bir də təkrarlanmaz.

Bilirsiniz ki, FETÖ şəbəkəsi sadəcə Türkiyə hüdudları ilə məhdudlaşmırdı. FETÖ-nün Azərbaycan, digər Türk dövlətləri, o cümlədən onlarla başqa ölkədə məktəbləri, fərqli təsisatları vardı. Azərbaycan Türkiyə ilə səmimi qardaşlığını əməldə də göstərərək, FETÖ quruluşlarına qarşı qətiyyətli tədbirlər gördü. Bu, çox mühüm haldır.

Türkiyənin güclü olması həm də Azərbaycanın güclü olması deməkdir. Bu birliyimizin və həmrəyliyimizin, müstəqilliyimizin qiymətini bilməliyik. İmkandan yararlanıb, Azərbaycandakı qardaşlarımıza salamlarımızı, ən ülvi arzularımızı çatdırıram”.

A.Zeynalov

www.yenicag.az

1592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv