Türkiyə XİN: “ABŞ prezidentinin sözləri dezinformasiyaya arxalanıb”

ABŞ prezidenti Donald Trampın qondarma “erməni soyqırımı”ı ilə bağlı bəyanatı dezinformasiyaya arxalanıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərinə görə, bu barədə Türkiyə xarici işlər nazirliyinin bəyanatında deyilir.

“Hesab edirik ki, prezident Trampın yazılı bəyanatında yer alan dezinformasiya və uydurma anlayışlar illərlə erməni dairələrinin təbliğat metodlarının yaydıqları yalan məlumatların nəticəsidir. Biz gözləyirik ki, ABŞ-ın yeni administrasiyası nifrət yaymağa meylli dairələrin tarixi birtərəfli qaydada izah etməsinin tərəfdarı olmayacaq və bütün tərəflərin kədərini nəzərə alan yanaşmanı üstün tutacaq”, məlumatda deyilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp qondarma “erməni soyqırımı”nı “böyük fəlakət” adlandırıb.

Xatırladaq ki, 1915-ci ildə Osmanlı İmperiyasında soyqırıma məruz qaldıqlarını iddia edən dünya erməniləri hər il aprelin 24-də “soyqırım”ın ildönümünü qeyd edirlər.

Yeniçağ.Az