Türkiyənin Xarici İşlər Nazirliyi meşə yanğınlarındakı köməyə görə Azərbaycana təşəkkür edib.
Yenicag.az xəbər verir ki, nazirlik bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
“Ölkəmizdə meşə yanğınlarının söndürülməsi işlərinə verdiyi dəyərli dəstəyə görə Can Azərbaycana təşəkkür edirik”, – paylaşımda deyilir.