Türkiyə XİN Azərbaycanı təbrik etdi: “Dost və qardaş Azərbaycan…”

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.

Yenicag.az xəbər verir ki, nazir təbrikini “Twitter”də paylaşıb.

“Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ürəkdən təbrik edirik”, – o bildirib.