Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıdıqlarını bəyan edib.
Yenicag.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın “Sepah”la bağlı qərarına münasibət bildirib.
ABŞ-ın qərarını tənqid edən nazir bildirib ki, bu cür qərarlar regionda qeyri-sabitliyə səbəb olacaq.
Qeyd edək ki, bu qərara cavab olaraq İranın Xarici İşlər Nazirliyi ölkə prezidenti Həsən Ruhaniyə ABŞ Silahlı Qüvvələrinin Yaxış Şərqdəki komandanlığının terror təşkilatları siyahısına salınmasını təklif edib.