Türkiyə XİN-dən Azərbaycana TƏBRİK

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

Yenicag.az-ın məlumatına görə, bu barədə nazirliyin “Twitter” səhifəsində yazılıb.

Nazirlik bildirib: “Vətən müharibəsindəki mübarizələri ilə şanlı Azərbaycan bayrağının heç bir şərtlər altında endirilməyəcəyini göstərən azərbaycanlı qardaşlarımızı hörmətlə salamlayırıq!”.