Türkiyə Xarici İşlər Nazirliyi Danimarkada Qurani-Kərimin yandırılmasını pisləyib.
Yenicag.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilib.
“Danimarkada müqəddəs kitabımız Qurani-Kərimin və şanlı bayrağımızın təhqir edilməsini ən sərt şəkildə lənətləyirik”, – XİN-dən qeyd olunub.
Xatırladaq ki, martın 20-də danimarkalı siyasətçi, ifrat sağçı, İslama qarşı düşmənliyi ilə tanınan Rasmus Pauldan Kopenhagendəki Türkiyə səfirliyinin önündə Quranı yandırıb.