Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə XİN-dən Xocalı qətliamı ilə bağlı bəyanat

Reklam: High Technic

Türkiyənin Xarici İşlər Nazirliyi Xocalı qətliamının 25-cı ildönümü ilə əlaqədar olaraq bəyanat yayıb.

Yenicag.az xəbər verir ki, bəyanatın mətnində bu ifadələrə yer verilib:

“Ermənistan Respublikası hərbi birləşmələri tərəfindən 26 fevral 1992-ci il tarixində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Xocalı şəhərinə təşkil olunan hücumda, qadın və uşaqlar daxil olmaqla yüzlərlə Azərbaycan vətəndaşı qətl edilmiş və yaralanmış, mindən çox insan əsir alınmışdır. İtkinlərin aqibəti bu günə qədər məlum deyil. Mülki əhaliyə qarşı təşkil olunmuş bu insanlığa sığmayan təcavüzkarlıq bütün dünya ictimaiyyətinin yaddaşına yazılmış və vicdanlarda dərin yaralar açmışdır. Bu gün hələ də Azərbaycan torpaqlarının beşdə biri Ermənistanın işğalı altındadır. 1 milyondan çox Azərbaycanlı öz ölkəsində qaçqın vəziyyətində yaşayır.

Türkiyə olaraq, azərbaycanlı qardaşlarımızın bundan 26 il əvvəl Xocalıda qarşı-qarşıya qaldığı amansız hücum və qətliamı hər zaman qəlbimizin dərinliklərində hiss edir, bu ağrını onlarla bölüşürük. Bu qətliamı və Azərbaycan torpaqlarının illərdir davam edən işğalını şiddətlə qınayırıq.

Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət, bütün azərbaycanlı qardaş və bacılarımıza başsağlığı diləyirik”.

www.yenicag.az

2349
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100