Türkiyə XİN Pakistanda məsciddə törədilən terror aktını pislədi

Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Pişəvər şəhərində məsciddə törədilən terror aktını pisləyib.

Yenicag.az xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.

“Mənfur terror aktını ən kəskin şəkildə pisləyir, hücum zamanı həyatını itirənlərə Allahdan rəhmət, dost və qardaş Pakistan hökumətinə və xalqına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik”, – bəyanatda deyilir.