DÇ-2018-in seçmə mərhələsinin UEFA zonası üzrə növbəti oyunlar keçirilib.
Yenicag.az xəbər verir ki, bu dəfə F, G və İ qruplarında 8-ci turun qarşılaşmaları baş tutub.
Qonşu Türkiyə üçün bu tur çox önəmli idi. “Ay-ulduzlular” çətin qrupdan çıxmaq uğrunda mübarizədə öncə Xorvatiya ilə qarşılaşıb və minimal hesablı qələbə sayəsində mərhələ adlamaq şansını saxlayıblar. Bu qrupun İslandiya – Ukrayna matçı da gərgin mübarizəyə səhnə olub. İslandlar da inamlı qələbə sayəsində qrup liderliyinə şərik olublar.
DÇ-2018-in seçmə mərhələsi
5 sentyabr
D qrupu
Avstriya – Gürcüstan 1:1
Qol: Şaub, 43 – Gviliya, 8.
İrlandiya – Serbiya 0:1
Qol: Kolarov, 55.
Moldova – Uels 0:2
Qol: Kanu, 80. Remzi, 90.
G qrupu
İtaliya – İsrail 1:0
Qol: İmmobile, 53.
Lixtenşteyn – İspaniya 0:8
Qol: Ramos, 3. Morata, 15, 54. İsko, 16. Silva, 39. Aspas, 51, 63. Qoppel, 89-öz qapısına.
Makedoniya – Albaniya 1:1
Qol: Traykovski, 78-pen. – Roşi, 53.
İ qrupu
İslandiya – Ukrayna 2:0
Qol: Siqurdsson, 47, 66.
Türkiyə – Xorvatiya 1:0
Qol: C.Tosun, 75.
Kosovo – Finlandiya 0:1
Qol: Pukki, 83.