“Yaponiya PKK ilə bağlı səhvini düzəltdi”.
Yenicag.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Türkiyənin Tokiodakı səfirliyi məlumat yayıb. Bildirilir ki, Yaponiya öz səhvini başa düşüb və düzəldib.
Belə ki, bundan əvvəl Yaponiya Daxili Kəşfiyyat Xidməti (PSIA) HƏMAS, Taliban və PKK terrorçuları (Kürdüstan Fəhlə Partiyası – red.) kimi təşkilatları terrorçular siyahısından çıxarıb. Bu da Türkiyədə mənfi reaksiyaya səbəb olub.
Bundan sonra tez bir zamanda Yaponiya səhvini düzəldib. Daxili Kəşfiyyat Xidməti PKK terrorçularını ölkədə terror təşkilatları və qadağan olunmuş strukturlar siyahısına daxil edib.
“Yaponiya hökuməti 2002-ci ildən aktivləri dondurulmalı olan PKK-nı terrorçu və bənzər təşkilatlar siyahısına daxil edib və PKK-nın törətdiyi terror aktlarını pisləyib. Yaponiya hökumətinin bu siyasətində heç bir dəyişiklik yoxdur”, – Türkiyənin Tokiodakı səfirliyinin məlumatında deyilir.
Xuraman Etibarlı