Türkiyə yenə şəhid verdi

Türkiyədə Hakkari-Çukurca yolunda PKK-çı terrorçular hərbi avtomobilə atəş açıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində bir hərbçi şəhid olub, 6-sı isə yaralanıb. Yaralılar xəstəxanasına çatdırılıb.

Məlumata görə, bölgədə əməliyyat aparılır.

Yenicag.az