Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Türkiyə yenə silkələndi - Daha bir güclü zəlzələ - VİDEO

Türkiyənin Manisa şəhərində 5.1 bal gücündə zəlzələ olub.

Yenicag.az xarici xəbər verir ki, məlumatı Kandilli Rəsətxanası yayıb.

Zəlzələ bu gün yerli vaxtla 14:26-da baş verib.

Yeraltı təkanların episentri Manisanın Kırkagac rayonunda 9.1 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Zəlzələ İzmir bölgəsində də hiss olunub.

***

Türkiyədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin 4.8 bal gücündə olduğunu açıqlayıb.

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu canlı yayında zəlzələ nəticəsində hər hansı itki və tələfat olmadığını bildirib.

Qeyd edək ki, 25 yanvarda Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən 6.8 ballıq zəlzələ nəticəsində 40 nəfər həlak olub, 1500-ə qədər adam xəsarət alıb.

www.yenicag.az

359
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM