Türkiyə yığmasından möhtəşəm çempionluq – VİDEO + FOTOLAR

Fiziki əngəlli futbolçulardan ibarət yığma komandalar arasında Türkiyədə təşkil olunan Avropa çempionatı başa çatıb.

Yenicag.az xəbər verir ki, turnirin qalibi meydan sahibləri olub. Türkiyə yığması finalda İngiltərə ilə üz-üzə gəlib. Üç qolun vurulduğu oyundan “ay-ulduzlular” 2:1 hesabı ilə üstün olublar.

Həmin oyundan hazırlanmış videoicmalı və fotoreportajı təqdim edirik: