Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Türkiyə yığmasının Millətlər Liqasındakı rəqibləri dəqiqləşdi

Reklam: Sinerji Pro

UEFA Millətlər Liqasında 2020/21 mövsümünün püşkatma mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Niderlandın paytaxtı Amsterdamda baş tutan tədbirdə Avropanın 55 komandası 4 liqada ümumilikdə 14 qrupa bölünüb.

A, B və C liqalarının hər birində dörd komandadan 4 qrupun tərkibi bəlli olub. D liqasında isə 3 və 4 yığmanın yer aldığı iki qrupun tərkibi müəyyənləşib.

Tarixdə ikinci dəfə təşkil olunacaq yarışda Azərbaycan yığması C liqasında mübarizə aparacaq. Millimiz bu ilin payızında start götürəcək liqa mərhələsində 1-ci qrupda yer alıb.

Püşk Lüksemburq, Kipr və Monteneqronu komandamıza rəqib edib. Baş məşqçisiz qalan yığmamız sentyabr-noyabr aylarında bu rəqiblərlə ev və səfərdə, ümumilikdə 6 matç keçirəcək.

B liqasında mübarizə aparacaq qonşu Türkiyə yığmasının da rəqibləri bəlli olub. “Ay-ulduzlular” Macarıstan, Serbiya və Rusiya ilə üz-üzə gələcək.

A liqasında 3-cü qrupu ölüm qrupu adlandırmaq olar. Çünki son Avropa çempionu Portuqaliya, həmçinin axırıncı dünya çempionatının finalçıları Xorvatiya və Fransa bu qrupda mübarizə aparacaqlar.

A liqası
1-ci qrup

Polşa
Bosniya və Herseqovina
İtaliya
Niderland

2-ci qrup

İslandiya
Danimarka
Belçika
İngiltərə

3-cü qrup

Xorvatiya
İsveç
Fransa
Portuqaliya

4-cü qrup

Almaniya
Ukrayna
İspaniya
İsveçrə

B liqası

1-ci qrup

Rumıniya
Şimali İrlandiya
Norveç
Avstriya

2-ci qrup

İsrail
Slovakiya
Şotlandiya
Çexiya

3-cü qrup

Macarıstan
Türkiyə
Serbiya
Rusiya

4-cü qrup

Bolqarıstan
İrlandiya
Finlandiya
Uels

C liqası
1-ci qrup

Azərbaycan
Lüksemburq
Kipr
Monteneqro

2-ci qrup

Ermənistan
Estoniya
Makedoniya
Gürcüstan

3-cü qrup

Moldova
Sloveniya
Kosovo
Yunanıstan

4-cü qrup

Qazaxıstan
Litva
Belarus
Albaniya

D liqası

1-ci qrup

Malta
Andorra
Latviya
Farer adaları

2-ci qrup

San-Marino
Lixtenşteyn
Cəbəllütariq

Millətlər Liqasının qalibi adı uğrunda A liqasının 16 komandası mübarizə aparacaq. Qrup qalibi olan 4 komanda final mərhələsində kubok və pul mükafatları uğrunda yarışacaq.

Digər liqalarda öz qrupunda 1-ci yeri tutanlar isə növbəti turnirdə daha yüksək dəstədə çıxış etmək hüququ qazanacaq. A və B liqalarında sonuncu olanlar isə aşağı diviziona yuvarlanacaq. C liqasındakı qruplarda sonuncu olan 4 komanda isə öz aralarında ev-səfər prinsipi ilə keçiriləcək matçlarda yerini qoruyacaq iki iştirakçını müəyyənləşdirəcək. Həmçinin, 2 milli komanda DÇ-2022-nin seçmə mərhələsinin pley-offuna yüksələcək. Bu iki yığma seçmə mərhələdə ilk iki pilləni tuta bilməyən, amma Millətlər Liqasında qrup qalibi olanlar arasında seçiləcək

Millətlər Liqasında oyun günləri də öncədən bəllidir. Liqa mərhələsinin matçları 2020-ci, final mərhələsi 2021-ci ildə baş tutacaq. Pley-off görüşləri isə 2022-ci ilə planlaşdırılıb:

1-ci tur: 3-5 sentyabr 2020
2-ci tur: 6-8 sentyabr 2020
3-cü tur: 8-10 oktyabr 2020
4-cü tur: 11-13 oktyabr 2020
5-ci tur: 12-14 noyabr 2020
6-cı tur: 15-17 noyabr 2020
Final mərhələsi: 2-3, 6 iyun 2021
Pley-off: 24-25, 28-29 mart 2022

Qeyd edək ki, 2018/19 mövsümündə D liqasında mübarizə aparan Azərbaycan yığması Kosovo, Farer adaları və Malta ilə yer aldığı qrupda 3-cü qrupda 9 xalla 2-ci yeri tutub. Lakin turnirdəki islahatlar sayəsində C liqasına yüksələ bilib./Apa/

Loading...

www.yenicag.az

418
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100