Türkiyə yoldaşlıq oyunu keçirəcək

Türkiyə millisi yoldaşlıq görüşündə Monteneqro yığması ilə qarşılaşacaq.

Yenicag.az xəbər verir ki, qarşılaşma martın 27-də Podqoritsada baş tutacaq.

Qeyd edək ki, tərəflər arasında sonuncu matç 2016-cı ilin mayında baş tutub. Antalyada keçirilən qarşılaşmanı “ay-ulduzlular” qazanıb – 1:0.