Türkiyə YPG və Suriya ordusunun Afrinə girməsinə icazə vermədi

Türkiyə Silahlı Qüvvələri Suriya ordusunun və YPG-nin Afrin bölgəsinə daxil olmasına icazə verməyib.

Yenicag.az xəbər verir ki, Türkiyə ordusunun xəbərdarlıq atəşindən sonra Suriya rejiminin silahlıları Afrin şəhərinin mərkəzinə 10 km qalmış geri çəkilməyə məcbur qalıb.

Xatırladaq ki, bundan əvvəl bəzi KİV-lər Suriya ordusu və YPG arasında əldə olunmuş sövdələşməyə əsasən, hökumət qüvvələrinin yaxın günlərdə Afrində və Türkiyə ilə sərhəd ərazilərdə bir neçə mövqeni nəzarətə götürmək niyyətində olduğunu bildirmişdi. Suriyanın SANA dövlət xəbər agentliyi də “Suriya Xalq Qüvvələri”nin yaxın saatlarda Afrinə daxil ola biləcəyini bildirmişdi. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan apardığı danışıqlardan sonra Suriya hökumət qüvvələrinin Afrinə doğru irəliləməsini dayandırdığını bildirmişdi.

COP29