!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə Yunanıstan və İsraillə müharibənin mümkünlüyünü nəzərdən keçirir” – Harun Sidorov

!Reklam – Yazi

“ABŞ isteblişmentində güclü antiTürkiyə və antiƏrdoğan lobbisi mövcuddur”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində rusiyalı ekspert, Yaxın Şərq üzrə mütəxəssis Harun Sidorov deyib.

– ABŞ S-400 raketlərindən imtina etməsi üçün Türkiyəyə iki həftə vaxt verib, əks halda yeni sanksiyalar tətbiq ediləcək. Türkiyə bu şəraitdə necə davranacaq?

– Bu suala dəqiq cavab vermək üçün Ərdoğanın hansı “oyun”u oynadığını dəqiq bilmək lazımdır. Əgər o, ABŞ və NATO-nun daha çox güzəşt etməsinə çalışırsa, bu, tamam başqa məsələdir. Yox, əgər onun qərarı prinsipial və strateji xarakter daşıyırsa, bu da tamam fərqli məsələ sayılmalıdır. Ancaq bütün hallarda, Ərdoğanın bu təzyiqlərin qarşısında geri çəkilməyəcəyi daha məntiqli görünür. Ancaq bunun da Türkiyə üçün müəyyən riskləri var.

– Vaşinqton Türkiyəyə F-35 təyyarələrinin satılmayacağını da bəyan edib. Türkiyə üçün 100 təyyarə vacibdir, yoxsa S-400 raketləri?

– Silah müharibə aparılması, yaxud da ona hazırlaşmaq üçün lazımdır. Bu sualın cavabı Türkiyənin hansı və nə tip müharibəyə hazırlaşmasından asılır. Türkiyənin NATO-nun potensial düşməni olan Rusiyadan silah alınmasına can atması ondan xəbər verir ki, Ankara NATO üzvü, yaxud onun müttəfiqi olan ölkələrlə – məsələn, İsrail və Yunanıstanla müharibənin mümkünlüyünü nəzərdən keçirir. Rusiyadan silah alınması yalnız bu halda əhəmiyyətli görünür. Qalan məqamlarda isə 5-ci nəsil təyyarələrin əldə olunması Türkiyə üçün müxtəlif müharibələrin aparılmasında daha universal vasitə hesab edilməlidir.

– Anlaşma əldə olunmasa, iki ölkənin münasibətləri tamamilə pozula bilər?

– ABŞ-Türkiyə münasibətlərində indikindən də gərgin dönəmlər olub. Ancaq həm ABŞ, həm də Türkiyə liderinin gurultulu bəyanatlar verməyə, ardınca isə sövdələşmə və güzəştə meyllənmələri belə deməyə əsas verir ki, iş “soyuq müharibə” həddinə çatmayacaq.

Digər tərəfdən, başa düşmək lazımdır ki, ABŞ isteblişmentində – istər respublikaçıların, istərsə də demokratların tərkibində – güclü antiTürkiyə və antiƏrdoğan lobbisi mövcuddur. Bununla belə, ABŞ-ın Türkiyədən fərqi ondadır ki, Amerikanın dövlət maşını liderin xoş və ya neqativ xarakterli iradəsindən müəyyən mənada asılıdır. Ona görə də, qarşıdurma güclənərsə və sanksiyalar tətbiq olunarsa, hətta Tramp arzulasa belə, o prosesi dayandırmaq çətin olacaq”.

Anar Hüseynov

www.yenicag.az

2915
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv