Türkiyədə 13 terrorçu zərərsizləşdirilib

Türkiyənin Daxili İşlər Nazirliyi ölkədə aparılan son əməliyyatlarda 13 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, nazirlik 25 dekabr-1 yanvar tarixləri arasında həyata keçirilən əməliyyatların hesabatını hazırlayıb. Məlum olub ki, 7 vilayətdə aparılan əməliyyatlarda 71 terror sığınacağı dağıdılıb, 262 kq partlayıcı maddə aşkarlanıb. 7 terrorçu öldürülüb, 5-i təslim olub, 1-i isə sağlam şəkildə ələ keçirilib.

COP29