Türkiyədə 14 terrorçu saxlanıldı

4204249erftgTürkiyədə anti-terror əməliyyatları davam etdirilir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Eskişehir və İstanbulda eyni zamanda aparılan əməliyyatlar zamanı toplam 14 nəfər saxlanılıb. Eskişehir valisinin sözlərinə görə, saxlanılan şəxslərin evlərində terror təşkilatıyla əlaqəli çox sayda sənəd aşkarlanıb.

Saxlanılan şəxslərin Ankara terroruyla əlaqəli olub-olmadıqları araşdırılır.

Xatırladaq ki, martın 13-də Ankarada dəhşətli terror aktı baş verib. “Kamikadze” tərəfindən bomba yüklü maşının partladılması ilə həyata keçirilən terror nəticəsində 37 nəfər ölüb, ümumilikdə 125 nəfər yaralanıb. Yaralılardan 71-nin müalicəsi hazırda davam edir. Onlardan 15-nin vəziyyəti ağır olaraq qalır.