Türkiyədə 15 terrorçu saxlanıldı

Suriyanın şimalında Əl-Bab və Cerablus bölgələrində İŞİD və PKK/YPG-yə qarşı keçirilən antiterror əməliyyatları zamanı 6-sı başçıları olmaqla 15 terrorçu saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, terrorçular terror aktları törətmək üçün yaxın günlərdə Türkiyəyə keçməyi planlaşdırıblar.

Sentyabrın 29-da Əl-Bab və Cerablusda keçirilən əməliyyat zamanı 11 İŞİD və 4 PKK/YPG terrorçusu saxlanılıb.

Terrorçular yerli məhkəmənin qərarı ilə həbs edilib.

Terrorçuların evlərində aparılan axtarışlar zamanı silah və sursat götürülüb.