Türkiyədə 16 terrorist zərərsizləşdirildi

Türkiyənin Diyarbəkir vilayətində 16 PKK-çı məhv edilib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, 16 noyabr günorta saatlarından başlayan hərbi əməliyyatlar uğurla nəticələnib. Əməliyyat çərçivəsində PKK-nın iki fərqli qrupu ilə silahlı toqquşma olub. Qarşıdurma zamanı PKK-çı terrorçular zərərsizləşdirilib.