Türkiyədə 17 nazirin istefası gündəmdə: Nə baş verir? – AÇIQLAMA

Türkiyədə prezident və parlament seçkiləri yaxınlaşdıqca siyasət səhnəsində baş verən hadisələr də yeni sürət qazanır.

Yenicag.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəzifədəki vitse-prezident Fuad Oqtay da daxil, 17 nazirin deputatlığa namizəd olacağını açıqlaması müxalifət cəbhəsinin yeni iddiaları gündəmə daşımasına səbəb olub.

Belə ki, müxalif partiyalar nazirlərin deputatlığa namizəd ola bilmələri üçün istefa vermələri şərtinin olduğunu vurğulayıblar.

Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) iddialarla bağlı açıqlama verilərək, nazirlərin namizəd olmaları üçün istefa vermələrinə gərək olmadığı qeyd edilib.

Xatırladaq ki, Türkiyə mayın 14-də prezident və parlament seçkiləri keçiriləcək.

COP29