18 ildən sonra CHP baş qərargahını ziyarət edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiya sədri Özgür Özəl ilə görüşüb. Özgür Özəl Ərdoğanı qapıda qarşılayıb.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP qərargahında tarixi görüşdən əvvəl bütün detallar nəzərə alınıb.
Ərdoğan binaya daxil olduqdan sonra qərargahdakı partiya əməkdaşları istisna olmaqla, mətbuat mənsublarının binaya daxil olmasına icazə verilməyib.
Xatırladaq ki, mayın 2-də Ərdoğan CHP sədrini qəbul edib.
Məsimə Məmmədova