Türkiyənin İzmir vilayətində qanunsuz miqrantların olduğu qayıqlar saxlanılıb.
Yenicag.az-ın məlumatına görə, qayıqların içərisində 181 miqrant olub.
Qanunsuz miqrantlar sahil mühafizəçiləri tərəfindən Seferihisar, Dikili və Çeşmə rayonlarında saxlanılıb.
Onların hamısı Suriya, Orta Afrika, Misir, Fələstin, Nigeriya və Somalidən olan gəlmələrdir.