Türkiyədə 2 avtobus aşdı – 3 ölü, 55 yaralı – VİDEO

Türkiyədə 2 avtobus aşıb.

Yenicag.az xəbər verir ki, Kırşehirdə sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, daha 35 nəfər yaralanıb. Yaralılardan 6-sının vəziyyətinin ağır olduğu bildirilib.

Ankarada avtobusun aşması nəticəsində isə 20 nəfər xəsarət alıb.

Qəzaya hadisənin baş verdiyi ərazilərə yağan güclü qar və külək səbəb olub.

Əraziyə xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanalara aparılıb.