!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə 2 hərbi vertolyot əsgərlərlə birgə yoxa çıxıb

!Reklam – Yazi

pp12Türkiyədə hərbi çevriliş cəhdində istifadə edilən 2 ədəd hərbi helikopterin harada olduğu hələ də məlum deyil.

Bunu “Hürriyet” qəzetinin yazarı Əbdülqadir Selvi bildirib. Ə. Selvi yazıb ki, iyulun 17-dən 18-nə keçən gecə havaya qalxan iki hərbi helikopter Marmaris istiqamətindəki meşəlik əraziyə doğru uçub. Helikopterlərin haradan qalxdıqları və haraya endikləri bəlli deyil. Onların hərbi çevriliş cəhdi baş verən gecə prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücumda iştirak edən və daha sonra meşəyə qaçan 25 nəfərlik qrupu xilas etmək üçün həmin əraziyə uçduqları güman olunur.

Hazırda helikopterlərin və əsgərlərin axtarışı davam etdirilir.(APA)

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv