Türkiyədə 2 milyondan çox insan koronavirusa yoluxdu

Türkiyədə son sutka ərzində daha 246 nəfər koronavirusdan dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Bununla da ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 18 min 97 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyədə indiyədək koronavirusa yoluxanların sayı 2 milyonu ötüb.