Türkiyədə 2 miyardlıq FIRILDAQ: “Thodex”in qurucusu ölkədən qaçdı

Kriptovalyuta birjası olan “Thodex”in qurucusu Fərrux Fateh Özər 2 milyard dollarla ölkədən qaçıb.

Yenicag.az xəbər verir ki, Türkiyə birjaları 2 milyard dollarlıq dələduzluq iddiası ilə sarsılıb. Belə ki, məşhur kriptovalyuta birjası “Thodex”in qurucusu Fərrux Fateh Özərin 2 milyard dollar ilə ölkədən qaçdığı iddia edilir.

Son 24 saatdır ki, internet sistemləri bağlı olan “Thodex” rəhbərinin ziyan vurduğu şəxlərin sayı 392 min nəfərdir. Artıq məsələ ilə bağlı İstanbul Anadolu Cümhuriyyət Baş Prokuruluğu tərəfindən cinayət işi açılıb.

Aparılan istintaq nəticəsində aydın olub ki, Özər aprelin 20-si, yerli vaxtla saat 19:50-də ölkədən çıxıb. Maraqlısı isə budur ki, Özər xaricə qaçmazdan əvvəl verilən rəsmi açıqlamada şirkətin ABŞ mərkəzli başqa bir şirkətlə ortaq fəaliyyət göstərəcəyi, sistemdəki problemin də bundan qaynaqlandığı bildirilib.

Prokurorluq tərəfindən aparılan araşdırmalar davam etdirilir.