Türkiyədə 2 otel təxliyə edildi

Türkiyənin İzmir vilayətində iki otel təxliyə edilib.

Yenicag.az-ın məlumatına görə, təxliyə yaxınlıqdakı meşədə baş vermiş yanğın səbəbindən aparılıb.

Məlumata görə, yanğının otellərə çatması təhlükəsi böyük olmasa da, turistlərin təxliyəsi tüstüdən zəhərlənmə ehtimalının olması səbəbindən aparılıb.

Hələ ki baş vermiş meşə yanğınları nəticəsində xəsarət alanların olmadığı bildirilir./Trend/