Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra aparılan böyük əməliyyat davam edir.
Aparılan əməliyyat çərçivəsində 2 türk səfir vəzifədən uzaqlaşdırılıb. Məluamata görə, işdən çıxarılanlar Türkiyənin Kanadadakı səfiri Tuncay Babalı və Gürcan Balıkdır.
Xatırladaq ki, dünən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu səfirlər arasında işdən çıxarılanların olacağını bildirmişdi.