Türkiyədə 2 yeni nazirlik yaradıldı – 3 TƏYİNAT

Türkiyədə iki yeni nazirlik yaradılması ilə bağlı ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, təyinatlarla bağlı qərarlar rəsmi qəzetdə yayılıb.

Məlumata əsasən, Ailə və Sosial Xidmətlər Nazirliyi və Əmək və Sosial Müdafiə Nazirliyi yaradılıb.

Derya Yanık  yeni yaradılan Ailə və Sosial Xidmətlər Nazirliyinə, Vedat Bilgin isə Əmək və Sosial Müdafiə Nazirliyinə nazir təyin edilib.

Prezidentin daha bir sərəncamı ilə Ticarət naziri Ruhsar Pekcan vəzifəsindən azad edilib,  yerinə Mehmet Muş təyin edilib.

Rəsmi qəzetdə yayımlanan ölkə Prezidentinin Sərəncamına əsasən Ailə və Sosial Xidmətlər Nazirliyinin xidmət bölmələri bunlardır:

“Ailə və Cəmiyyət Xidmətləri Ümumi Müdirliyi, Uşaq xidmətləri Ümumi Müdirliyi, Qadın Vəziyyəti Baş Müdirliyi, Əlillər və Yaşlılar üzrə Xidmət Baş Müdirliyi, Şəhid Qohumları və Qazilər Baş Müdirliyi, Sosial Yardım Ümumi Müdirliyi, Hüquq Müdirliyi Xidmətlər, Kadrlar Ümumi Müdirliyi, İnformasiya Texnologiyaları Ümumi Müdirliyi, Rəhbərlik və Təftiş Müdirliyi, Strateji İnkişaf Müdirliyi, Avropa Birliyi və Xarici Əlaqələr Departamenti, Təhsil və Nəşr Departamenti, Dəstək Xidmətləri Şöbəsi, Mətbuat və İctimaiyyətlə Əlaqələr Məsləhətçisi, Şəxsi Katib”.

Əmək və Sosial Müdafiə Nazirliyinin xidmət bölmələri:

“İş Ümumi Müdirliyi, İş Sağlamlığı və Təhlükəsizliyi Ümumi Müdirliyi, Beynəlxalq İşçi Qüvvələri Baş İdarəsi, Xarici Əlaqələr Baş İdarəsi, Hüquq Xidmətləri Baş İdarəsi, İnformasiya Texnologiyaları Baş İdarəsi, Rəhbərlik və Təftiş Müdirliyi, Strateji İnkişaf Müdirliyi, Avropa Birliyi və Maliyyə Yardım Müdirliyi, Kadrlar Şöbəsi, Dəstək Xidmətləri Şöbəsi, Mətbuat və İctimaiyyətlə Əlaqələr Məsləhətçiliyi, Şəxsi Katibin Ofisi”.