Türkiyədə 20 terrorçu məhv edildi

Türk Silahlı Qüvvələri (TSK) terrorla mübarizə çərçivəsində aparılan əməliyyatlarda çox sayda terrorçunun öldürüldüyünü açıqlayıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə ordusu 12-18 yanvar tarixlərində Bitlis, Mardin, Diyarbakır və İraqın şimalında həyata keçirdiyi əməliyyatlarda 51 sığınacaq, 1 ədəd zirehli hərbi maşın, 22 qumbara, 2 kq C-4 partlayıcı maddə, 8 ədəd silah, 807 kq ammonyum-nitrat, 3 ədəd RPG-7, 156 ədəd müxtəlif növ hərbi sursat aşkarlayıb.

Əməliyyat çərçivəsində ümumilikdə PKK terror təşkilatının 20 üzvü məhv edilib.