Türkiyədə 3 aylıq fövqəladə rejim tətbiq edilib. Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin son toplantısından sonra Prezident Ərdoğan açıqlama verib.
Bu gün Cümhurbaşqanı sarayında keçirilən Milli Təhlükəsizlik Şurası toplantısından sonra toplanan Nazirlər Kabineti bu qərarı dəstəkləyib.
Ərdoğan başqanlığında keçən hər iki toplantıdan sonra çıxış edən Türkiyə prezidenti “Bu terror örgütünün bütün ünsürlərinin zərərsizləşdirilməsi üçün Konstitusiyaya uyğun olaraq, 3 aylıq fövqəladə hal rejimi elan etdik. Bu hüquqa və azadlıqlara deyil, əksinə bunları gücləndirmək və qorumaq üçündür”.
Yenicag.az