Türkiyədə 3 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyənin Tunceli vilayətində üç PKK terrorçusu zərərsizləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Suleyman Soylu bildirib.

S.Soylu Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Ovacık rayonunda jandarma tərəfindən həyata keçirilən əməliyyat zamanı terrorçuların zərərsizləşdirildiyini qeyd edib. Nazir həmçinin bildirib ki, həftə sonu ölkədə 14 PKK terrorçusu zərərsizləşdirilib.

Vilayətin yerli hakimiyyəti də jandarmeriya komandanlığı tərəfindən həyata keçirilən hava əməliyyatı zamanı üç terrorçunun məhv edilməsi açıqlamışdı.