Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 4,2 bal gücündə zəlzələ olub.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla 11.45-də yerin 12.55 kilometr dərinliyində baş verib və təkanlar Malatyada, eləcə də ətraf rayonlarında hiss edilib.
Muğlada isə zəlzələ 4,3 bal gücündə olub.
Qeyd edək ki, 24 yanvarda Sivricədə 6,8 maqnitudada zəlzələ olub və Elazığda 37, Malatyada isə 4 nəfər olmaqla 41 nəfər ölüb.