Türkiyədə 4,3 bal gücündə zəlzələ oldu

Bu gün səhər saatlarında Türkiyənin Qaziantep şəhərində 4,3 bal gücündə zəlzələ olub.

Yenicag.az “CNN Türk”ə istinadən xəbər verir ki, yeraltı təkan ətraf ərazilərdə, o cümlədən Qəhrəmanmaraş şəhərində də hiss olunub.

Zəlzələnin fəsadlar törədib-törətmədiyi barədə hələlik məlumat yoxdur.