Türkiyədə 2016-cı ilin əvvəlindən 2905 nəfər “donuz qripi” şübhəsi ilə ölkə xəstəxanalarına müraciət edib.
Bunu Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib. Onun sözlərinə görə, müayinədən keçən şəxslərin 463 nəfərində “donuz qripi” virusu aşkar edilib: “Onların arasında təkcə Türkiyə vətəndaşları deyil, digər ölkələrin vətəndaşları da olub”.
Nazir əlavə edib ki, bu dövr ərzində Türkiyədə “donuz qripi”ndən 14 nəfər ölüb.