Türkiyənin Kütahya şəhərində 5 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerin 12,07 kilometr dərinliyində baş verib.
Dağıntı qeydə alınmayıb.