Türkiyədə 5 bal gücündə zəlzələ

Türkiyənin cənub-şərqindəki Siirt vilayətində Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 08:45-də qeydə alınıb.

Hadisə nəticəsində hər hansı bir dağıntı və ya itkilərin olmadığı deyilir. İnsanlar təhlükəsizlik məqsədilə evləri tərk edib.

 

Zəlzələnin episentri Kurtalan rayonunda, yerin 20 kilometr dərinliyində qeydə alınıb.