Türkiyədə 71 FETÖ üzvü saxlanıldı

Türkiyədə hüquq-mühafizə orqanları 23 vilayətdə FETÖ-yə qarşı əməliyyat keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”da məlumat paylaşıb.

O, 23 vilayətdə keçirilən “Nipper-36” əməliyyatlarında 71 şübhəlinin saxlanıldığını açıqlayıb.