Türkiyənin qərbindəki İzmir vilayətində 79 qeyri-leqal miqrant saxlanılıb.
Yenicag.az-ın məlumatına görə, saxlanılan şəxslər Pakistan, Əfqanıstan, Banqladeş və bir sıra Şimali Afrika ölkələri vətəndaşları olub.
Saxlanılan miqrantlar arasında 14 qadın və 15 uşaq da var. Onların Türkiyədən deportasiya olunacaqları bildirilib.