Türkiyədə 8 terrorçu saxlanılıb

Türkiyənin Qaziantep bölgəsində PKK-PYD\YPG terror təşkilatına qarşı əməliyyat keçirilib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantep bölgəsinin valisi əməliyyatın uğurla başa çatdığını deyib. Əməliyyat zamanı 8 terrorçu saxlanılıb, 146 kq partlayıcı maddə aşkarlanıb. Məlumata görə, həmin terroristlər bombalı hücuma hazırlaşırmış.

Yenicag.az