!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə 814 terrorçu öldürülüb – Video

!Reklam – Yazi

9685222 iyuldan bu günə qədər Türkiyə ordusunun və polisinin keçiridiyi əməliyatlarda 814 PKK terrorçusu öldürülüb.

Yenicag.az xəbər verir ki, təkcə hava hücumlarında 450 terrorçu yaralanıb. Türkiyə ordusu həmçinin terrorçulara qarşı toplar və tanklada əməliyyat keçirib.

Məlumata görə, silahlılar əksər hallarda ölən döyüşçülərin meyidlərini elə döyüş meydanında qoyub qaçırlar. Bəzən isə Türkiyə ordusunun hücumlarına tab gətirə bilməyən terrorçular silahlarını atıb ərazidən uzağlaşırlar.
24 iyuldan bu günə qədər isə 2 min 104 nəfər İŞİD və PKK terror qruplaşmalarına mənsub olduğu iddia olunan terrorçu saxlanılıb. Onlardan 513 nəfəri barəsində həbs qərarı çıxarılıb.

Şanlıurafa şəhərinin Suruc qəsəbəsində baş verən terror hadisəsindən sonra ölkədə vəziyyət qarışıb. İŞİD və PKK terror təşkilatları Türkiyəni günlərdir ki, terror hücumları ilə sarsıdır.

Hər gün şəhid xəbərlərinin gəldiyi Türkiyədə bu gecədə sakit keçməyib. Bir polisin şəhid olduğu gecədə PKK tərafdarı polis tərəfidən ayağından vurularaq zərərsizləşdirilib.

Adana şəhərinin mərkəzi qəsəbələrində terrorçular leyhinə çıxışlar edən bir qrup PKK tərəfdarları polisin xəbərdarlığına baxmayaraq, ərazidən uzaqlaşmayıblar. Nəticədə polis atəş açıb və 5 nəfər qrup üzvü ayağından yaralanıb.

Yaralı mitinq iştirakçıları polis nəzarəti altında xəstxanaya yerləşdiriliblər. Onlarla birgə daha 15 nəfər qrup tərəfdarı həbs edilib. Asayiş pozuçularına məxsus çox saylı kustar üsulla hazırlanan odlu və soyuq silah müsadirə olunub.

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv